Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, nazir K. Heydərov bildirib ki, iki dost və qonşu ölkənin nazirliklərinin nümayəndə heyətlərinin səfərləri qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verir.
Ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan bəhs edən nazir əlavə edib ki, əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.
Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının ticarət, sənaye və mədən nazirinin müavini Mehdi Kərbasian təmsil etdiyi nazirliyin Azərbaycan FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL