Digər ölkələrdən fərqli olaraq Azərbaycanın tədiyyə balansında defisit yox, profisit var.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.
X.Abdullayevin sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur.
"O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçmə ehtimali olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var.
Valyuta bazarında tam tarazlıq var. Bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var” - sədr müavini deyib.
Üzən məzənnə siyasətinə keçidə gəlincə isə X.Abdullayev bildirib ki, AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var: "Düşünürük ki, ortamüddətli dövrdə bu yol xəritəsini uğurla reallaşdıra biləcəyik. Lakin bu il və gələn il üçün manatın məzənnəsinin neft qiymətləri və tədiyyə balansında kəskin dəyişməsinə zərurət görmürük" (APA).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL