Mübariz Mənsimovdan Binəli Yıldırıma: "Mən bunlara layiq olmamışam"
"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyənin Baş naziri Binəli Yıldırıma məktubla müraciət edib. Miq.Az həmin məktubun mətnini olduğu kimi diqqətinizə çatdırır.
Əziz dostum və qardaşım çox hörmətli Binəli Yıldırım!
Bildiyiniz kimi artıq 9 aydır ki, Silivri cəzaçəkmə müəssisəsində saxlanıram. 84 yaşlı qoca atam və 82 yaşlı qoca anam ağır vəziyyətdədirlər. Ailəm, uşaqlarım yolumu gözləyir. "Palmali" holdinqində daha ağırdır. İşçilər maaş almır, ərzaq və yanacaq çatışmır. Gəmilər iflic vəziyyətdədir, bütün müqavilələr pozulub.
Mən bunlara layiq olmamışam. Mən həmişə Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Teyyub Ərdoğanı dəstəkləmişəm, onun apardığı siyasəti bəyənmişəm. Sizin də istər Türkiyənin Baş naziri, istərsə də Türkiyə Böyük Millət Məclisinin sədri kimi fəaliyyətinizi dəstəkləmişəm.
Mən Türkiyə üçün çalışmışam, sərmayəmi Türkiyədə yatırtmışam, bundan sonra da bu işi davam edəcəyəm.
Cənab Binəli Yıldırım! Sizdən Cənab Rəcəb Tayyib Ərdoğana mənim haqqımda ətraflı məlumat verməkdə yardımçı olmağınızı artıq dərəcədə xahiş edirəm.
Söz verirəm istər Türk xalqının, istərsə də Azərbaycan xalqının Cənab Rəcəb Tayyib Ərdoğanın dəstəkləməsi önündə gedəcəyəm və bu işdə əlimdən gələni edəcəyəm.
Mən Cənab Rəcəb Tayyib Ərdoğana inanıram, Sizə- Cənab Binəli Yıldırıma inanıram, mən Türkiyə ədalətinə inanıram.
Hörmətlə:Mübariz Qurbanoğlu Mənsimov