Mübariz Mənsimovdan MƏKTUB var: "Həzrəti Yusif də 7 il günahsız yerə cəza evində qaldı"

Mübariz Mənsimovdan MƏKTUB var:

Miq.Az xəbər verir ki, azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov saxlandığı həbsxanadan onu sevənlərə bu gün məktubla müraciət edib. Vəkili vasitəsilə məktubla müraciət edən tanınmış iş adamı yazır:

Dəyərli qardaşlarım, bacılarım!

Sizin göndərdiyiniz məktubu vəkilim Səbuhi Rəhimov mənə gətirdikdə çox duyğulandım. Allah sizi mənə çox görməsin. Allah məni sizin qarşınızda utandırmasın. Mənim həyatım həp namərdlik, şərəfsizliklə mücadilə ilə keçdi. Allahın əmri ilə ailəmin mənə qoyduğu Mübariz ismi həyata qarşı bir savaşçı olduğumun təsdiqləyicisidir. İş həyatına girdiyim dövrdən namussuzluq və şərəfsizliklə mücadilədəyəm. Çünki yaşam dövründə bunun da bir imtahan olduğunu bilirəm. Həzrəti Yusif 7 sənə günahsız yerə cəza evində qaldı. Bunların gəlib keçəcəyini bilirəm. Bu həyatda para, pul kürsü, vəzifə boş şeylərdir. Əsas məsələ insanlıqdır, insan olmaqdır.  
 
Qurani Kərimdə yazıldığı kimi Allahın verdiyi nemətləri paylaş. Mən həyatım boyu paylaşdım. Mənim üçün siz bacılarım və qardaşlarım çox dəyərlisiniz. Sizinlə qürur duyuram. Allah sizi bir daha söyləyirəm mənə çox görməsin. Sizləri sevirəm. Xitab etdiyim  sizlər mənim sevgi dolu gül üzlülərimsiniz. Sizləri bağrıma basıram. "

Hörmətlə: Qardaşınız Mübariz

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az