"Qazprom” Türkiyənin "Mavi axın” qaz boru kəməri ilə əlavə 3 milyard kubmetr təbii qazın bu ölkəyə göndərilməsi ilə bağlı istəyini qəbul etməyib.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə "Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. Lakin o, ən azı 2 milyard kubmetr təbii qaz planlaşdırılan "Türk axını” qaz boru kəməri (Turkish Stream) ilə göndərilə biləcəyini qeyd edib.
"Mavi axın” boru kəməri Rusiya qazını Qara dənizdən keçməklə Türkiyəyə çatdıran boru xəttidir.
Qeyd edək ki, ötən günlərdə "Qazprom” "Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər "Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL