“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan indiyədək 368 mln. ton neft, 109 mlrd. kubmetr qaz hasil edilib.
Bu barədə danışan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, AÇG yataqlarından indiyədək hasil olunan neftin 200 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.
O, qeyd edib ki, Azərbaycanın mənfəət nefti ilbəil artır. 2014-cü ildə yataqlar blokundan hasil edilən 34 milyon ton neftin 22,5 milyon tonu, yəni 66%-i Azərbaycanın mənfəət nefti olub.
Vitse-prezident qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarlarına 381 mln. ton neft ixrac olunub ki, bunun da 275 mln. tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin payına düşüb.
X. Yusifzadə həmçinin bildirib ki, Babək, Naxçıvan, Zəfər-Məşəl, Araz-Alov-Şərq, Asiman-Şəfəq ehtiyatlarını hesabladıqda məlum olur ki, bu gün Azərbaycanın 6 trilyon kubmetr qaz və 4 milyard ton nefti var.
az.azvision.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL