Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində Türkiyənin Sorgun rayonunun Doğankənd bölgəsində hazırda inşası davam etdirilən mədəniyyət mərkəzinin tikintisinə kömək göstəriləcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Doğankənd bələdiyyəsinin sədri Doğan Sungur məlumat verib. O, mədəniyyət mərkəzinin tikintisinə yardım üçün TANAP-a müraciət etdiklərini və müsbət cavab aldıqlarını deyib.
"TANAP-ın boru kəmərinin keçdiyi kənd və bölgələrdə sosial layihələr üçün ayırdığı müəyyən büdcə var. TANAP-ın və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mərkəzin inşası 2016-cı ilin yayında tamamlanacaq", - deyə bələdiyyə sədri qeyd edib.
Azərbaycanın "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL