"Qazprom” "Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin bir il gec həyata keçirilməsini istisna etmir.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri "Qazprom”un vitse-prezidenti Aleksandr Medvedev deyib. O, layihənin bir il gec reallaşdırılması ilə hər hansı bir pis hadisənin baş verməyəcəyini bildirib.
A.Medvedev Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin imzalanmasının vaxtının "Qazprom”dan asılı olmadığını qeyd edib: "Türkiyədə hökumətin formalaşması üçün müəyyən vaxt lazımdır, əvvəlcədən nə isə demək çox çətindir”.
Qeyd edək ki, ötən gün "Qazprom” "Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib.
Əvvəllər "Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirilirdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL