Avtomobili sərxoş vəziyyətdə idarə edən xanım sürücü saxlanılıb
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə və şöbə əməkdaşları
həftənin şənbə günü gecə saatlarında paytaxt ərazisində kütləvi reyd
keçiriblər.
Vətəninfo.az xəbər verir ki, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən xanım sürücü
saxlanılıb. Belə ki, Nərimanov rayonu ərazisində yol hərəkət qaydalarını
pozduğuna görə, saxlanılan xanımın sərxoş olduğu müəyyən edilib. Qadın
müayinə məntəqəsinə aparılıb və barəsində inzibati protokol tərtib
olunub.(avtosfer.az)