Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, keçirilmiş tenderin nəticələrinə görə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın Fluor Limited şirkətinə özünün Neft və Qaz Emalı və Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını təqdim edib. Fluor məbləgi açıqlanmayan kontraktın icrasına 2015-ci ildə başlayacaq.
Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.
Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan öz şirkətinin SOCAR tərəfindən bu kimi dünya miqyaslı layihə rəhbəri kimi seçilməsindən qürur keşirdiyini bildirib.
“Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirmişdir və şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhtəsindən uğurla gələcək”, o qeyd edib.
Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR