Türkiyənin "G20" sədrliyi çərçivəsində Azərbaycan Respublikasıbu bu platformada təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, 1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək "G20" platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
2015-ci ilin 26 - 27 mart tarixlərdə Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantı keçiriləcək. Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcək. Həmçinin, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika Nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaq.
Toplantıda "G20" gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR