Bu ilin iyulun 30-u vəziyyətinə Azərbaycanda taxıl sahələrinin 965,5 min hektarı və ya əkin sahələrinin 97%-i biçilib.
Dövlət Statistika Komitəsindən "Vətəninfo.az"a verilən məlumata görə, hesabat dövründə həmçinin 671,8 min hektar buğda sahəsi biçilib ki, bu da buğda sahələrinin 98%-ni təşkil edir.
Ümumiyyətlə, iyulun 30-u tarixinə ölkədə 2,520 mln. ton taxıl istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 11,6% çoxdur. Bir hektardan məhsuldarlıq isə ötən ilin 24,7 sentnerindən 26,1 sentnerədək artıb.
Qeyd edək ki, hesabat dövründə Şəki rayonu 239 min tona yaxın taxıl istehsal edərək ölkədə bu sahədə liderliyi saxlayıb. Cəlilabad 131,2 min tonla ikinci, Ağsu və Neftçala rayonları isə 102 min tondan artıq məhsul istehsal edərək 3-4-cü yerləri bölüşdürür.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR