Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, iclasda iki ölkə arasında ticarət əlaqəlarinin hazırkı vəziyyəti, inkişaf perspektivləri, mövcud problemlər və onların həlli yolları, gömrük rəsmiləşdirilməsi, əməliyyatların sadələşdirilməsi və s. aktual məsələlər müzakirə olunub.
"Ölkələrimizi kiçik bir sərhəd ayırsa da, hesab edirəm ki, bizim ölkələr arasında sərhəd yoxdur", - deyə A.Əliyev deyib.
DGK sədri iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib: "Biz Azərbaycanda gömrük xidmətini yaradanda Türkiyə təcrübəsindən istifadə etmişik. Bu gün hər iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq uğurla inkişaf edir".
C.Aşcı isə iki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək Bakı-Tiflis-Qars dəmir yolunun inşası layihəsinin gedişi ilə hər həftə maraqlandığını vurğulayıb: "Artıq gömrük məsələləri ilə bağlı işlər yekunlaşmaq üzrədir".
C.Aşcı bu xəttin tikintisinin intensivləşdirilməsi üçün Türkiyənin nəqliyyat naziri ilə danışdığını deyib.
Toplantının sonunda Komitənin iclasının yekunlarına dair protokol imzalanıb.