Azərbaycan və İran Xəzər dənizindəki neft yatağının birgə tədqiq edilməsi ilə bağlı danışıqlar aparır.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.
O bildirib ki, tərəflər bu məsələdə irəliləsələr də, danışıqlar hələ başa çatmayıb: "Danışıqlar davam edir. Artıq hansı yatağı birgə tədqiq edəcəyimiz məlumdur. Bu, çox böyük yataqdır. Lakin onun adı yalnız danışıqlar başa çatdıqdan sonra açıqlanacaq”.
Nazir qeyd edib ki, neft-qaz texnologiyaları sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur: "İran Azərbaycanda mütəxəssislərinin fəaliyyət göstərməsi və texnologiyalarının istifadə edilməsində maraqlıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq üçün böyük potensialımız var”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL