“2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb”. Modern.az saytı xəbər verir ki, bu açıqlama iləƏmanətlərin Sığortalanması Fondu çıxış edib.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb.
Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib.
Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək.
Xatırlatmaq istərdik ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR