ABŞ-ın Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control - OFAC) Rusiyanın neft-qaz şirkətləri barədə yeni sanksiyaların qüvvəyə mindiyini elan edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəd OFAC saytında dərc edilib.
“Qazprom”, “Lukoyl”, “Transneft”, “Qazprom neft” və "Surqutneftqaz” şirkətləri ilk dəfə sanksiyalar siyahısına salınıb. Məhdudlaşdırıcı ölçülər dərin sular və Arktika şelfində, həmçinin şist qatlarında karbohidrogen ehtiyatların mənimsənilməsi üçün istifadə edilən mallar və texnologiyaların Rusiyanın neft-qaz şirkətlərinə satışını qadağan edir.
Dünən isə Kanada Rusiyanın 14 hüquqi və 3 fiziki şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Kanadanın “qara siyahısı”nda azərbaycanlı Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” neft şirkəti yer almayıb. Kanada “Qazprom”, “Qazprom neft”, “Surqutnefteqaz”, “Transneft” şirkətlərinə sanksiyalar tətbiq edib.
Xatırladaq ki, Avropa Birliyi, ABŞ və Kanada 2014-cü ilin yazından başlayaraq, Ukraynada vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə başlayıb. Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər 22 iyun 2015-ci ildə Avropa Birliyi tərəfindən uzadılıb. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarı “abırsız və rusofob” addım adlandırıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL