"Bank BTB" ASC-də ciddi kadr və struktur dəyişikliyi baş verib.
Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, Ceyhun Paşalı bankın Müşahidə Şurasının rəhbəri seçilib. Bundan öncə C. Paşalı Şuranın üzvü olub. Müşahidə Şurasının sabiq sədri Asim Salamov bundan sonra Şurada üzv olaraq fəaliyyət göstərəcək.
Müşahidə Şurasının yeni üzvü Rza Sadiqdir. O, bu vəzifədə Nigar Mehdiyevanı əvəzləyib.
Qeyd edək ki, R. Sadiq bundan öncə Audit Komitəsinin üzvü olub.
Bankın İdarə Heyətində də ciddi dəyişikliklər baş verib. Belə ki, İdarə Heyətinə əlavə olaraq 3 nəfər seçilib. Öncədən qeyd edək ki, İdarə Heyətinin sədri Samir Qocayev, o cümlədən onun müavini Rüfət Abbasov və İdarə Heyətinin üzvü Erqin Quliyev öz vəzifələrində qalıb. Bununla yanaşı, Rövşən Fərhad-zadə İdarə Heyəti sədrinin yeni müavini olub. İdarə Heyətinin yeni üzvləri isə Vüsal Şahverdiyev və Roma Aliyevdir.
Bankda struktur və kadr dəyişiklikləri bununla da yekunlaşmır. Belə ki, Abdullayev Rövşən təhlükəsizlik məsələləri üzrə müşavir, Aleksandr Kravtsov isə iqtisadi məsələləri üzrə müşavir təyin olunublar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL