Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycanda benzin qiymətlərində dəyişiklik olub.
Belə ki, yanacaq doldurma məntəqələrindən verilən məlumata görə, Aİ-98 markalı benzinin qiyməti aşağı düşüb. Qeyd edilib ki, Aİ-98 markalı benzinin satış qiyməti 1,5 manatdan 1,03 manatadək ucuzlaşıb.
YDM-dən həmçinin söyləyiblər ki, ölkədə yeni 95-Premium markalı benzinin satışı həyata keçirilir. Bu gündən satışa çıxarılan bu marka benzinin qiyməti isə 1 litr üçün 0.93 qəpik həcmində müəyyən olunub. Yeni növ benzinin Avro-4 standartlara uyğun olduğu qeyd edilir.
Digər Aİ-92 və Dizel markalı yanacaqların qiymətində isə dəyişiklik yoxdur.
Xatırladaq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR