“Azərbaycan enerji potensialı Avropa üçün əhəmiyyətlidir”
Azərbaycan yeni qaz hasilatı və tədarükü proqramını hazırlayır.
Bunu bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən “Caspian Oil&Gas 2015" konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Avropa enerji resurslarının çatışmazlığından ciddi şəkildə narahatdır: "Buna səbəb Ukrayna ilə Rusiya arasında yaranan münaqişədir. Çünki Rusiya Avropa ölkələrinə enerji resursları tədarük edən əsas ölkədir. Məhz buna görə, Azərbaycan enerji potensialı Avropa üçün əhəmiyyətlidir".
Nazir qeyd edib ki, 2014-cü ildə Azərbaycanda 42 mln. ton neft, 29 mlrd. kubmetr təbii qaz hasil edilib. O, əlavə edib ki, Azərbaycan neft hasilatını stabil saxlamaq niyyətindədir.
“Biz hətta bu rəqəmi artıraraq 45 milyon tona çatdırmaq niyyətindəyik. Qaz hasilatını isə 2 dəfə artırmaq istəyirik. Bunun əsasında biz yeni proqramın reallaşdırılmasına start verəcəyik”, - deyə nazir bildirib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL