“Gidromaşservis” Qapalı Səhmdar Cəmiyyəti bp-nin ali mükafatına layiq görülüb. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin Müşahidə Şurasının sədri Akif Orucov məlumat verib.
O qeyd edib ki, bundan öncə bp sahibkarlığın inkişafı ilə bağlı Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında proqram həyata keçirməyə başlayıb. Və nəticədə 180 şirkət arasında 4 nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Həmin proqrama uyğun olaraq “Gidromaşservis” QSC-də mükafata layiq görülüb.
Məlumat üçün bildirək ki, “Gidromaşservis” Qapalı Səhmdar Cəmiyyəti (QSC)1994-cü il oktyabr ayının 31-də fəaliyyətə başlayıb. Bu gün artıq tikinti-quraşdırma işlərinin geniş spektrinə malik, müasir, inkişaf etmiş struktur kimi öz işini davam etdirir. Məhz buna görədir ki, şirkət qısa müddət ərzində gördüyü işlərin sayəsində Respublikada inşaat kompleksində özünəməxsus yer tutub.
Qeyd edək ki, “Gidromaşservis”QSC-nin xidmətlərindən Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və çoxlu sayda digər şirkətlər mütamadi olaraq yararlanırlar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL