“Dünən bütün dünyanın gözü ABŞ-da FED-in (Federal Ehtiyat Sistemi) toplantısında idi”.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O bildirib ki, FED-in uçot dərəcəsini iyun ayında artırmayacağı əvvəlcədən bəlli idi:
“FED-in 17 üzvündən15-i uçot dərəcəsinin, faizlərin bu il artacağını söyləsə də, rəhbər xanım Yellen 0,25 faiz artım kimi bir qaydanın olmadığını bildirdi. Bu o deməkdir ki, faizlər 0,15 olmaqla bu il 2 dəfə arta bilər. Eyni zamanda ABŞ-ın ÜDM-dəki artımının bu il zəifləyəcəyini, gözləntidən də az olacağını qeyd etdilər. Toplantıda dünyada yanacaq qiymətlərinin enməsinin müsbət tərəflərinə də toxunuldu. Alınmış qərarlar və bunun dünyaya ola biləcək mümkün təsirləri bunlardır:
1) Sentyabrda uçot dərəcəsi, faiz artsa, dollar kəskin bahalaşacaq.
2) Baha dollar bərabərdir ucuz neft və qızıl formulu işə düşəcək.
3) Baha dollar inkişaf etməkdə olan ölkələrdən yatırımların yenidən ABŞ-a dönməsini saxlayacaq, bu da dünyada qlobal iqtisadi artımı zəiflədəcək, yəni neftə olan təlabat azalacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL