Respublikanın enerji təminatında mühüm rol oynayan “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır.
Vətəninfo.az-ın xəbərinə görə, Moderator.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında yataqdakı 11 nömrəli dərin dəniz özülündən 344 nömrəli quyu qazmadan sonra istismara verilib. Fasilə Lay Dəstəsinə qazılan bu yeni quyu fontan üsulu ilə məhsul verib, 3070-3034 metr intervaldan gündəlik 80 ton neft və 17000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündəki 266 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan 2740-2695 metr intervaldan gündəlik 65 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyularda istismar işləri “Azneft” İB “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL