Hesablama Palatası “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edib. Hesabatın Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.
Palatadan Modern.az-a verilən məlumata görə, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin “Aztelekom” ASC tərəfindən dövlət büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən, saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı audit proqramları da təsdiq edilib.
Kollegiya həmçinin, dövlət büdcəsinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramının təsdiq olunması barədə qərar qəbul edilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR