Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı hazırlanan yeniliklər açıqlanıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sosial ipoteka ilə bağlı təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan yararlana biləcəklər:
"Lakin gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşirsə, gənclər üçün bu yaş həddi 29-dək şamil ediləcək".
Nazir müavini qeyd edib ki, təkliflərə görə, ipoteka alacaq gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur və burada məqsəd ondan ibarətdir ki, həm ipotekanın məbləği artırılsın, həm də ipoteka alacaq gənclərin əhatəsi genişlənsin:
"Hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir. Eyni zamanda, bir gənc üçün ayrılan vəsait azdır. İpoteka kreditinin həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı, indi isə bu məbləğin 70 min manata qaldırılması gözlənilir".
Sosial ipotekanın faiz dərəcəsi ilə bağlı məsələyə toxunan nazir müavini bildirib ki, hazırda sosial ipoteka illik 4 faizlə müəyyənləşdirilib və bu rəqəmin xeyli azaldılacağını hesab etmir.
trend
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR