“Texnika bank”ın keçmiş İdare Heyyetinin sədri Etibar Əliyevin həbsindən sonra bir çox müştərilər yavaş-yavaş bankla olan əlaqələrini qırmağa başlayıblar. Artıq özəl sektorun təmsilçiləri sırasına dövlət orqanları da qoşularaq bankla əlaqələrini kəsirlər. Bank bu vəziyyəti inkar etsə də, amma fakt faktlığında qalır. “Vətəninfo.az”ın əldə etdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi öz nəzdində olan bir sıra musiqi məktəblərinin, turizm idarələri, mədəniyyət şöbələrində işləyənlərin əmək haqqlarını “Texnika bank” vasitəsilə deyil, “Kapital bank” vasitəsilə ödəyəcək. Artıq “Texnika bank”ın yeni rəhbərliyi bu prosesin qarşısını almaq üçün dövlət orqanları ilə danışıqlar aparmaga hazırlaşır. Bu məlumatı hazırlayan zaman bankla əlaqələrini kəsən daha bir dövlət orqanının bankın xidmətlərindən imtina etməsi barədə xəbər redaksiyamıza daxil oldu. Məlumata görə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də işçilərinin “Texnika bank” vasitəsilə əmək haqqlarının ödənilməsindən imtina edib. Bankla baglı digər məlumatsa onunla baglıdır ki, hazırda “Texnika bankda” hesabları olan firma və təşkilatlar müvafiq hüquq-mühafizə orqanları tərəfindən sorgu-suala tutulurlar. Bank rəhbərliyi bi prosesin qarşısını almaq üçün bankın adının dəyişdirilməsini də düşünür. Mövzuya qayıdacagıq.
Kənan
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR