"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metroda yarana biləcək texniki nasazlıqları dərhal aradan qaldırmaq məqsədi ilə bütün lazımi avadanlıqlarla təchiz olunan yeni texniki təcili yardım maşınını istifadəyə verib.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunan avtomobil xidmətin geniş profilli hər bir təcili işi üçün nəzərdə tutulub. O, sadəcə vəsaitləri və ləvazimatları daşıyan maşın deyil, həm də kiçik laboratoriya-emalatxanadır. Sürücü ilə birlikdə 5 nəfərlik iki salonu olan maşında aparılacaq təmir işlərində elektrik enerjisini təmin etmək üçün həm 220 Volt, həm də 380 Volt gərginliyində generatorlar mövcuddur.
Bu, təkcə təcili texniki müdaxilə tələb edən təmir işinə deyil, həmçinin fövqəladə hallar zamanı elektromexaniki qurğularla bağlı məsələlərə metropolitençilərin operativ, çevik və sürətli reaksiyasını təmin edən yenilikdir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL