Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Nazirlikdə yeni tərkibdə İctimai Şura formalaşdırılacaq.
İcrtimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Şuranın təşkili məsələləri ilə bağlı ƏƏSMN-də 9 nəfərdən ibarət Komissiya yaradılıb. Müvafiq sahədə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatları iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin Komissiyaya müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
Bununla əlaqədar ətraflı məlumat nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "İctimai Şura” bölməsində yerləşdirilib.
Xatırladaq ki, "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını nəzərdə tutur.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri