"Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o işğal altındadır"
Türkiyənin
ən böyük bölgələrindən biri olan Bayburtda millət vəkili Qənirə
Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı
iddiaları ilə bağlı konfrans verib.
Konfransda ilk öncə çıxış edən əslən Bayburtlu olan SOCAR
Türkiyənin rəhbəri Kənan Yavuz çıxış edərək Azərbaycan-Türkiyə arasında
bütün istiqamətdə o cümlədən iqtisadi sahədə genişlənən münasibətlərdən,
Azərbaycanın Türkiyəyə qoydğu sərmayələrdən və onun hər iki dövlət üçün
böyük əhəmiyyətindən danışıb.Yüzlərlə ziyalının, yerli sakinlərin, KİV
təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili Qənirə Paşayeva
geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb.
O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin
vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda
olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd
edib: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq
Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan
azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik",
–deyib.
Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, Qarabağın
qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və
mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə əvəzsiz
töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. "Hər bir Türk insanı
Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər
birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o işğal altındadır. Çox
təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət
və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”.
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 23 ildir Ermənistanın işğalı
altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının
ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları
söyləyib: " Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü
bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal
altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT
kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən
işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu
qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi
təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.
Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı,
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm
aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon
azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə
ətraflı məlumat da verib.
O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı
olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını
alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi,
Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” –
Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ
münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk
gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün
Türk dünyasının məsələsi olduğunu bildirib: "Harada doğulmasından və
harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ
həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini
artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü
vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük
liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir” və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir
millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək
deyib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq
millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki,
onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni
soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında
olduğunu bildirib. O deyib ki, "qondarma erməni soyqırımı”na qarşı
mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər
bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ
həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının
alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial
şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini
qeyd edib.
"Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi
Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər
iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət
olduğunu bildirib. "İnşallah gələn tədbiri birlik və bərabərlik içində
işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda,
Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili
qeyd edib.
Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı
İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində "Karabağ
hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu İB hazırladığı "Azərbaycan həqiqətləri” adlı filmlər toplusu
və "Ruhum Qarabağlıdır” filmləri, millət vəkili Qənirə Paşayeva və
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva
Məmmədovanın həmmüəllifliyi iləhazırlanmış və Xocalı soyqırımını
şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili
ile” və "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə
başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına
Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxli material və kitablar
təqdim olunmuş və millət vəkili gəncləri,ziyalıları və KİV
təmsilçilərini maraqlandıram sualları geniş cavablandırmış və fikir
mübadiləsi aparılmışdır.
Tədbirin sonunda Bayburt valise və BEKDER rəsmiləri millət vəkili
Qənirə Paşayevaya dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkürünü
bildirərərk ona Bayburtun tarixi, mədəniyyəti ilə bağlı geniş
materialları təqdim ediblər.