“200 və 500 nominalda əsginasların dövriyyəyə buraxılması yeni bir layihədir və hökümətin müvafiq qərarından sonra həyata keçiriləcək”
Bu barədə “Vətəninfo.az”a iqtisadçı, ekspert Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, böyük nominalda pulların dövriyyə buraxılması əhalinin alıcılıq qabiliyyətinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatın da inkişafı deməkdir:
“Hazırda əksər ticarət şəbəkələrində, xidmət sahələrində ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Bu hal isə, xırda pullara , kiçik nominalda olan əsginaslara ehtiyac qalmayacağını göstərir”.
“Günü-gündən kiçik əsginaslara tələbat azalır” - deyən ekspertin sözlərinə görə, yaxın bir müddətdə plastik kartdan istifadə insanlar üçün adi hal olacaq:
“Bu da onun nəticəsidir ki, böyük əsginasların dövriyyədə olması lazım olacaq. Odur ki, bu gün 200-500 nominalda olan əsginasların dövriyyəyə buraxılması zəruri hal kimi qiymətləndirilir”.
A.Hüseynov onu da vurğuladı ki, dövriyyədə böyük nominalda əsginasların olması, qəpik kimi kiçik nominallı pullara tələbatı azaldacaq.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR