"Rabitəbank” Azərbaycandakı banklardan birinin alınması ilə bağlı danışıqlar aparır.
"Rabitəbank”ın maliyyə departamentinin direktoru Nicat Abbasov bu məlumatı təsdiqləyib.
Bununla belə o, konkret nəticə olmadığından "Rabitəbank”ın almaq istədiyi bankın adını açıqlamayıb: "Bu məsələlər hələ tam rəsmiləşməyib, dəqiqləşməyib. Buna görə də bankın adının məxfi saxlanılması məqsədəuyğundur. Bu 1-2 günə həll edilən məsələ deyil. Bunun üçün müəyyən müddət lazımdır. Yəqin ki, bir aya bu məsələlər dəqiqləşəndən sonra ictimaiyyətə əlavə məlumat verilə bilər”.
N.Abbasov əlavə edib ki, "Rabitəbank”ın digər bankı almaq niyyəti fəaliyyətinin genişləndirilməsi strategiyasına uyğundur.
"Hazırda "Rabitəbank” zəif banklardan deyil. Rabitəbank bu proses nəticəsində inkişafını gücləndirmək fikrində deyil. Bankımızın inkişaf etməsi üçün özünün yetərincə gücü var. Amma bankımızın digər bankı almasının az da olsa, müsbət təsiri olacaq” – deyə, N. Abbasov vurğulayıb.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL