"Rahat” marketlər şəbəkəsinin 25-ci filialının açılışı olub. "Report” xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində "Mega City” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən marketin ümumi sahəsi 4500 kvadratmetrdir.
Ümumilikdə, 40 mindən çox məhsul çeşidilə istifadəyə verilən filialda qida məhsulları ilə yanaşı, ətriyyat, optika, geyimlərin satışı da həyata keçirilir. Bununla yanaşı, marketdə xüsusi olaraq "Rahat mebel” satışı da təşkil olunur.
Açılış mərasimində Abşeron və Xırdalan rayon icra hakimiyyətlərinin nümayəndələri, həmçinin "ANG Group"un rəhbərliyi iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar mağaza ilə tanış olublar.
Qeyd edək ki, "Rahat market”lər şəbəkəsinin yeni filiallarının açılması qarşıda duran silsilə planlara daxildir. Tezliklə Bərdə şəhərində 26-cı, həmçinin metronun "Neftçilər” stansiyasının yaxınlığında və Yasamal rayonu, Həsən Əliyev (İnqilab) küçəsində də filialların açılması gözlənilir.
Qaynar.info








TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL