Səbail İcra Hakimiyyətinə qarşı “Tıssot” –TƏXRİBATI
22 iyul Milli Mətbuatımızın 140 illiyi yubley tədbirləri ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının imzalamış olduğu məlum sərəncamdan sonra. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyev cənabları da bu tədbirlərin keçirilməsi ilə bağlı tədbirlər planın təsdilədi. Təbii ki, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-du, Azərbaycan Mətbuat Şurasıda hazırlanan tədbirlər proqramına uyğun olaraq rəsmi qaydada m üxtlif tədbirləri həyata keçirdilər. Müxtəlif rayon-şəhər İcra Hakimiyyətləri də uzun illərdir əməkdaşlıq etdikləri KİV-nin əməkdaşları ilə bir araya gələrək onlarla görüşlər keçirildi,iştirakçı KİV təmsilçilərinə könüllərindən qopa hədiyələr təqdim olundu. KİV-ni bir araya gətirərək görüşən və həmkarlarımızı təbrik edən RİH-dən biri də Səbail rayon İcra Hakimiyyəti idi. Bir məqamı diqqətinizə çatdırım ki, Asif Əsgərov Səbail Rİ-nin başçısı təyin olunmadan öncə Rİ-nin müvafiq şöbəsi yalnız və yalnız Azərbaycan,Xalq və Respublika qəzetləri ilə, eyni zamnada da AzərTac Dövlət Agentliyi və hakimiyyətin siyasi kursunu dəstəkləyən bir-iki qəzetlə əməkdaşlıq edərdi. Müstəqil media isə ümumiyyətlə saya salınmazdı. Asif Əsgərovun Səbail RİH-nin başçısı təyinatından sonra bu sahədə də dəyişiukliklər baş verdi və ölkədə içtimai-siyasi proseslərə təsir etdi-etmədi, oxucu sayısı nəzərə alınmadan, firqələrə bölünmədən Kİv-ri ilə əməkdaşlı istiqamətində addımlar atıldı. Artıq bir neçə ildir ki,bu ənənə davam edir və davamlı olaraq KİV təmsilçiləri ilə görüşlər keçirilir,müxtəlif lahiyələr elan olunaraq bu lahiyələrin qalibləri mükafatlandırılır.Elə Milli Mətbuatımızın 140 illiyi münasibəti ilə də ənənəyə sadiqlik göstərildi və 60 dan yuxarı media təmsilçisi ilə KİVDF-nun rəhbəri hörmətli Vuqar Səfərlinin də iştirak etdiyi mərasimdə media təmsilçilərinə RİH-nin başçısı könlündən keçən şəkildə hədiyələr təqdim etdi. Asif Əsgərov bəndənizdə daxil olmaqla həmkarlarımıza "Tıssot”markalı saatı təqdim elədi. Bəzi həmkarlarımız deyəsən kimlərinsə dəyirmanına su tökmək üçün güya verilən saatı satmaq üçün "Tıssot”un Azərbaycandakı dillerinə aparıb və güya satmaq istədiyi bildirib və ona saatın saxta olduğun bildiriblər. Bütün bunlar bəhanədi. Gürünür saatı satışa aparan həmkarımız kimlərinsə fitnəsinə uyaraq Asif Əsgərovun onun atasına necə köməkliklər göstərdiyinin fərqində olmayıb.
Düşünməyib ki, bunu firitləyib ortaya atanlar bundan istifadə edərək Asif Əsgərovu hədəf seçəçəklər.
İkincisi də Əgər bəyəm Asif Əsgərov sənə saatı satmaq üçün vermişdi? Xalıqımızda keçmişdən gələn bir adət var və bu adətə görə biri-birinə bir şey hədiyə edirsə onun qiymətli və ya ucuz olduğuna varmazdı. Deyəsən müasir gənclik bir qədər fərqlidir. Bu ya onların düşdükləri mühitdə formalaşmasından yada xalqımızda hədiyələrə olan münasibətdən irəli gəlir.Amma xalıqn bir fərdi olaraq şükürlər olsun ki, heç bir zaman acgöz olmadıq və sayıb hədiyyə verilirsə onada təşəkkür edirik. Məni maraqlandıran başqa bir məqamdır ki, 22 iyul Milli Mətbuat günü münasibəti ilə bütün televiziyaları toplayaraq jurnalistlərə 8 Azn dəyərində mürəggəbli qələmi bahalı saat torbasında təqdim edən Yasamal rayon İcra Hakimiyyəti haqqında niyə bir kəlmə yazmadınız? və yaxitda jurnalistləri ağa və qaraya bölərək fərqli saatlarda dəvət edib əsil hörmətsizlik göstərən digər rayonları niyə gündəmə gətirmədiniz? Görünür kimlərsə Asif Əsgərovu məhz bu saat məsələsi ilə gündəmə gətirib onun haqqında qaralama kompaniyası aparılması sifarişli olduğundan məhz Asif Əsgərov hədəf seçildi. Asif Əsgərovla bağlı qaralama kompaniyasının aparılması üçün də məhz həmkarlmız seçildi. Görünür Qələmunlar çörəyi qələmindən çıxan həmkarımızın saflığından istifadə ediblər. Yoxsa inana bilməzdim ki, o belə bir oyuna könüllü "Dabro”versin.
Ancaq bütün hallarda Asif Əsgərovla görüşdə iştirak edən onlarla həmkarımız qoluna o "Tıssot”ları taxaraq Asif Əsgərovun onları sayıb-dəvət etdiyi üçün hansısa narazılığın görmədim. Sadəcə olaraq bu həmkarlarımda belə bir hərək edib boş bir hay-həşir-qaraguruhculuq edənlərə gülərək fikir verilməməsin düşünürlər.
Ona görə də başda Asif Əsgərov olmaqla Səbail rayon İcra Hakimiyyətinə 22 iyul Milli Mətbuatın 140 illiyi ilə baqlı keçirdiyi tədbirə və davamlı olaraq mətbuatla münasibətlərin qurulması yönündə yüksək təşkilatçılıq göstərdiklərinə görə təşəkkür edirəm.
Nahid Canbaxışlı
Vətəninfo.az