“Qiymət artımının çıxış yolu olmadığını gördük”.
“Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarların çoxu dolların qiymətinin qalxmağı ilə əlaqədar olaraq, ticarəti dayandırmaq məcburiyyətində qalıb.
Vətəninfo.az az-ın məlumatına görə, satıcılardan Taleh Həsrətbəyli bununla bağlı SalamNews-a bildirib ki, bu gün səhər saatlarında dolların məzənnəsi qalxdığı üçün məhsulların qiyməti də qalxıb:
“Buna görə də satışı dollarla həyata keçirməyə başladıq və bütün məhsulların qiymətini 35% artırdıq. Lakin çox çəkmədən bu qiymət artımının çıxış yolu olmadığını görüb, satışı dayandırmaq qərarına gəldik”.
Sahibkarın sözlərinə görə, hazırda “Sədərək” Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb:
“Müştərilər qiymətlərin bahalaşdığını görərək, bazarı tərk edirlər. Topdansatış həyata keçirən sahibkarlar ticarəti tamamilə dayandırmalı olublar”.
Bəzi sahibkarlar isə bazar ertəsinədək, yəni Mərkəzi Bankın valyuta məzənnəsinin dəyişəcəyi ilə bağlı hər hansı bir qərar verəcəyi ehtimalı ilə gözləməyi qərara alıblar:
“Mərkəzi Bank hansı qərarı versə, sahibkarlar da ona uyğun addım atacaqlar, yəni valyuta qalxsa, qiymətlər də bahalaşacaq”.
T.Həsrətbəyli, həmçinin bildirib ki, Ticarət Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə bağlı olaraq, icarə haqlarının artırılmayacağını bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR