Vətəninfo.az Trend.az-a istinadən xəbər verir ki, bu il yanvar-mart ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 124 sahibkar inzibati qaydada cərimələnib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 32 nəfər barədə materiallar inzibati orqanlara verilib.
Hesabat müddətində 44 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1532, mikrobioloji göstəricilərinə görə 1463, toksikoloji göstəricilərinə görə 451, radioloji göstəricilərinə görə isə 78 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 34-də orqanoleptik və fiziki-kimyəvi, 25-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub. Bu ilin yanvar-mart aylarında iaşə müəssisələrindən 4552 yaxma, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 66-da bağırsaq çöpləri normadan artıq olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR