Vətəninfo.az xəbər verir ki, Silk Way və Boeing şirkətlərini dəyəri 1 milliard ABŞ dollarından çox olan üç 747 yük təyyarəsinin alınması barədə müqavilə imzalanıb.
ABŞ-ın Azərbaycandakı yeni səfiri Səfir Robert Sekuta diplomatik korpusun rəsmi saytına deyib ki, yeni təyyarələr həm Azərbaycanın aviasiya və nəqliyyat sektorlarının inkişafına, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və ölkənin transit mərkəzinə çevrilmə arzusuna təkan verəcək.
“Sözügedən təyyarələrin alınması ABŞ və Azərbaycan arasında inkişaf edən kommersiya əlaqələrinin göstəricisidir və ümid edirəm ki, gələcəkdə də Azərbaycanın AZAL və Silk Way kimi şirkətləri ilə yeni kommersiya əlaqələri yaratmaq və iqtisadi əməkdaşlığı genişləndirmək imkanları mövcud olacaq”, o qeyd edib.Xatırladaq ki, Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib. Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir.
"Silk Way" şirkətlər qrupunun prezidenti Zaur Axundov deyib: "Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və beynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq", o qeyd edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR