Azərbaycanın informasiya texnologiyaları şirkəti "Sinam" Qırğızıstanın Mərkəzi Bankında sənəd dövriyyəsinin avtomatlaşdırılması ilə əlaqədar tenderdə iştirak edəcək.
Vətəninfo.az AZƏRTAC-a istinadən bildirir ki, tenderdə, əvvəlcə Azərbaycanın Mərkəzi Bankında tətbiq olunmuş həll təklif ediləcək. Bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində elektron statistik baza və analitik hesabatlılıq sistemi tətbiq olunub. Müxtəlif qrafik formaların yaradılması imkanı, eləcə də əvvəl bankda istifadə edilmiş "FinA” sistemi və elektron poçtun arxivasiyası sistemi ilə inteqrasiya daxil olmaqla hesabatların generasiyası sistemi yaradılıb. Bu, disk sahəsindən optimal şəkildə istifadə etməyə və arxiv verilənlərini idarə etməyə imkan verir.
Bundan əlavə, layihə üzrə bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilib. Bu həll bank daxilində dövriyyədən keçən sənədlərin avtomatik şəkildə yenilənməsinə, eləcə də idarəetmə üçün zəruri olan bütün məlumatların daxil edilməsinə və analizinə imkan verir. Azərbaycan Mərkəzi Bankında, eyni zamanda layihələrin idarə edilməsi sistemi və daxil olmuş sənədlərin skanlanması və tanınması imkanına malik elektron sənəd dövriyyəsi sistemi tətbiq olunub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL