"Artıq bu olayla bağlı tədqiqatlara başlanılıb. YPK-ların (Yanacaq Paylama Kalonkaları) vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib". Bunu "Report"a SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) sürücülərin aldadılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən "SOCAR Petroleum"un informasiya texnologiyaları şöbəsinin rəisi Namiz Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, Sabunçu rayonunda metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən həmin YDM-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də yoxlamalar aparıb:
"Həmin məsələdən bir neçə gün öncə də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu YDM-də yoxlamalar aparılmışdı və standartlara uyğun olduğu qeydə alınmışdı. İndi sürücünün iddiası ilə bağlı məsələlərə baxılır. Araşdırmaların sonunda mediaya məlumat veriləcək".
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birində (YDM) sürücülərin aldadılması və 65 litr tutumu olan yanacaq çəninə 72 litr benzin vurulması ilə bağlı fikirlər yayılmışdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR