Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri və nümayəndələri İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıblar.
SOCAR-ın rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşan "Star” neft emalı zavodu, oktyabrında birinci fazası yekunlaşacaq "Petlim” konteyner limanı və bu ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim”lə əlaqədar təqdimatlar nümayiş etdirilib.
R.Abdullayev qeyd edib ki, "Petkim” neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb və məhsuldarlıq yüksək səviyyəyə çatıb. "Star” neft emalı zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq haldır.
SOCAR-ın prezidenti "Petlim” limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirib və deyib ki, bu layihədə zaman faktorundan səmərəli yararlanmaq bizim üçün mühüm nailiyyətdir.
Təqdimatlardan sonra R.Abdullayev və onu müşayiət edənlər "Star” neft emalı zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər.
SOCAR-ın rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə də baxış keçiriblər.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL