Vergilər Nazirliyi avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq etdi; VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməyəcək
Vətəninfo.az Musavat.com-a istinadən xəbər verir ki, kreditlə avtomobil almağın sonuncu asan yolu da məhdudlaşdırılıb. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Vergilər Nazirliyi tərəfindən avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edilib. Bu barədə bizimyol.info-ya Vergilər Nazirliyinə yaxın mənbədən xəbər verilib. Mənbənin sözlərinə görə, lizinq xidməti göstərən şirkətlərin hamısına nazirlik tərəfindən xəbərdarlıq gəlib.
Bundan sonra VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməsinə qadağa qoyulub. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Əgər şəxsin gəliri avtomobilin pulunu ödəmək həddindədirsə, o zaman lizinqə icazə veriləcək. Lizinqi ödənilib qurtarana qədər isə VÖEN-nin müvəqqəti dondurulması imkanı məhdud olacaq.
Artıq bir neçə aydır ki, Mərkəzi Bank analoji addımı atıb. Mərkəzi Bank kommersiya banklarına avtomobil kreditlərinin verilməsinə qadağa qoyub. Bu qadağadan sonra bankların bu vəzifəsini lizinq şirkətləri həyata keçirməyə başlamışdı.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR