Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu günə qədər Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Eneji” Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırım edib. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında “SOCAR Turkey Eneji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. Onun sözlərinə görə artıq “SOCAR Turkey Eneji” Türkiyənin ən böyük sərmayəçi olub: “Bu yatırım portfeli neft-kimya, logistika, enerji, daşınma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin tikintisi və digər sahələri imkanına əldə edilib”.
K. Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub: “Bu layihə Avropanın və Türkiyənin ən böyük layihəsidir. Biz bu günlərdə 3,3 mlrd. dollarlıq və 18 il müddətinə layihənin maliyyələşdirilməsi müqaviləsini imzaladıq. Burada 23 beynəlxalq ixrac bakının, Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliya baklarının bu maliyyə müqaviləsinə cəlb etdik. 46 ay sonra, yəni 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq”. O deyib ki, bu zavod tikilib istifadəyə verildikdən sonra Türkiyənin ən böyük sənaye şirkəti olacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR