Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildən etibarən Azərbaycanda “Avro-5” standartlarına uyğun Aİ-92 və Aİ-95 markalı benzin istehsal edəcək.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov məlumat verib. O bildirib ki, daxili tələbatı ödəmək üçün 2014-cü ilin aprelindən başlayaraq mövcud zavodlarda Aİ-92 markalı benzinin istehsal edilməsi, Aİ-95 benzinə olan tələbatın isə idxal hesabına təmin olunması ilə bağlı qərar qəbul edilib. Bu, ekoloji mühitin nisbətən yaxşılaşmasına xidmət edir. “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağı bu gün ekoloji cəhətdən ən təmiz benzin hesab olunur. Hazırda Azərbaycanda Aİ-92 benzinin kütlə payı 95 faizdir. Aİ-95 benzininin istifadəçiləri isə əsasən özəl şirkətlərdir.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, aparılan rekonstruksiya işlərindən sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” standartlarına uyğun Aİ-92 və Aİ-95 markalı benzinin istehsal edilməsi nəzərdə tutulub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR