.az milli domen zonasında qeydə alınan saytların sayı 22 764 ədəd təşkil edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə WHOIS saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında qeydə alınan saytların sayı 10 faiz artıb. Qeydə alınan saytların ümumi sayından 21 190 ədədi domendə qeydə alınan birinci səviyyəli resursların payına düşür. Bu, cari ilin əvvəlinə olan göstəricini 9,5 faiz üstələyir.
İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 966 sayt (artım 22,5 faiz) qeydə alınıb.
Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 177 internet saytı qeydə alınıb. 2014-cü il yanvarın 1-nə olan göstərici ilə müqayisədə .edu.az domenində qeydə alınan saytların sayı 3,28 faiz azalıb.
Dünya statistikasına görə, dünyada aktiv domen adlarının ümumi sayı 230 milyonu ötür. Daha sıx zona .com hesab edilir. Orada 115,4 milyondan artıq internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Bu domendə 15,2 milyondan çox aktiv ad var. Üçüncü yerdə .de-dir. Orada təqribən 13,78 milyondan artıq sayt var.
Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR