Azərbaycanın peyklər qrupu yaradılması yolu ilə getməsi vacibdir.
Bu barədə Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə zona bölməsinin rəhbəri Orozobek Kayıkov bildirib.
Onun sözlərinə görə, bu, xərc tələb edən iş olsa da, effektivliyin və peyk rabitəsi xidmətlərinin davamlılığının təminatı üçün Azərbaycana ən azı dörd peyk lazımdır: "Peyklər qrupunun formalaşması göstərilən peyk rabitəsi xidmətlərinin etibarlılığının təminatı üçün lazımdır ki, gözlənilməz şərait və fövqəladə vəziyyətlər yaranan zaman onlar bir-birilərini əvəz edə bilsinlər".
Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, qurum “Azerspace-2” peyki üçün uzunmüddətli dövr üzrə orbital mövqenin alınması barədə ITU ilə danışıqlar aparır. İkinci peyk sistemi üçün 62 dərəcə şərq uzunluq dairəsində mövqe nəzərdə tutulub. Bir qədər əvvəl Azərbaycan tərəfindən həmin mövqenin alınması üçün sifariş verildi. Amma orbital mövqelərin koordinasiyası məsələsində problemlərin mövcudluğunu nəzərə alaraq, Azərbaycan xarici ölkələrdə orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar qəbul edib.
Azərbaycanın ikinci telekommunikasiya peyki üçün orbital mövqenin təyin edilməsi məsələsi bu yaxınlarda həll ediləcək. “Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır. Peykin tikintisi 30 ay vaxt aparacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR