İlham Şaban: “Azərbaycanda bunun heç bir əhəmiyyəti yoxdur, çünki heç bir hüquqi aktla məmurları məhkəməyə çəkmək mümkün deyil”
Korrupsiya və rüşvət yolu ilə yığılmış pullara Azərbaycanda amnistiyanın verilməsi məsələsi son günlər sıx müzakirə olunan məsələlərdən biridir. Bu məsələnin isə qəbul olunub-olunmayacağı isə bəlli deyil.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban" Vətəninfo"-ya açıqlamasında bildirdi ki, Azərbaycanda bunun heç bir əhəmiyyəti yoxdur: “Çünki bu, o ölkələrdə aktual olur ki, məmurlardan aldığı məvaciblə yaşadığı şəraitin fərqli olduğunu soruşurlar. Onlardan soruşurlar ki, sənin məvacibin budur, ancaq yaşayış tərzin çox yüksəkdir. Cavab ver görək, arada olan kəsir nəyin hesabına eldə edilib. O da cavab verə bilməyəndə, yeni gəlir deklorasiyasındakı rəqəmlərlə xərclədiyi rəqəmlərin izahı verilməyəndə onu həbs edirlər. Məsələn, Çində hər il minlərlə yüksək vəzifə sahiblərini məhkəməyə cləb edirlər. Ancaq bizim ölkədə “Gəlir deklorasiyası” yoxdur”.
Onun sözlərinə görə, buna görə də heç bir hüquqi aktla məmurları məhkəməyə çəkmək mümkün deyil: “Yaxud da istənilən məmurun adı istənilən biznesi işində hallandırılır və buna görə də onlara bu gün heç nə deyilmir. Belə olan halda amnistiya verməyin heç bir mənası yoxdur”.
Rövşən ZİYA
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR