Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Oğuz Akifin əl yükünə gömrük baxışı zamanı ona məxsus çantadan 68 ədəd qədim sikkə aşkar edilərək götürülüb.
Vətəninfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin predmetlər tədqiqat məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinə göndərilib və muzeyin ekspert rəyinə əsasən, 68 ədəd sikkə orta əsrlərə (XIII-XVII) aid olub, həmin dövr Azərbaycan dövlətçiliyinin pul vahididir və arxeoloji qazıntılarda aşkar edilib.
Həmin əşyalar Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilib və onların ölkə ərazisindən aparılmasına icazə verilmir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR