Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu regionun iqtisadi inkişafına təkan verəcək.
Vətəninfo.az-ın məlumatına görə, bunu Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ənənəvi enerji layhələrindən başqa, əməkdaşlığın digər formatı da mövcuddur ki, bunlar arasında BTQ dəmiryolunun tikintisi də var.
E.Məmmədyarov qeyd edib ki, bu geostrateji miqyaslı layihənin köməyi ilə dəmiryol vasitəsilə Qərblə Şərq birləşəcək: "Biz inanırıq ki, Mərkəzi Asiya ölkələri və Əfqanıstan bu layihə ilə maraqlanacaqlar. Bu layihə iqtisadi səmərədən əlavə, regiona sülh və sabitlik gətirəcək".
Nazir əlavə edib ki, Azərbaycan qazı 2018-2019-cu illərdə Gürcüstan ərazisi ilə Avropaya çatacaq: "Bu baxımdan Gürcüstan və Azərbaycan beynəlxalq arenada olduğu kimi sıx əməkdaşlıq edir və beynəlxalq təşkilatlarda öz mövqelərini möhkəmləndirirlər".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR