“Bank Standard” Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək üçün xidmət göstərməyə başlayıb. Bankın mətbuat xidmətindən “Vətəninfo.az”-a verilən məlumata görə, əməliyyatlar onlayn rejimində avropanın məhşur sərmayəçi bankı tərəfindən yaradılan müasir, yüksək texnologiyalı “Bank Standard Trader/WebTrader/ Mobile Trader” ticarət platformalarında həyata keçirilir.
“Bank Standard” müştərilərin sərəncamına dünya maliyyə bazarlarında aşağıdakı kateqoriyalar üzrə ticarət əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir: Forex- 160-dan çox valyuta cütlüyü, Səhmlər- 11.000-dən çox səhm, CFD – 6000-dən çox müqavilə, Fyuçers- 15 dünya birjasından 450 müqavilə növü, Opsionlar və digər derivativlər.
“Bank Standard” Trader/WebTrader/Mobile Trader istifadədə sadə treydinq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivəsində gündə 24 saat ərzində istənilən kompüterdən və ya mobil telefondan ticarət əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitorinq və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yükləmə və ya quraşdırma tələb etmir.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR