Ötən gün dünya bazarında avronun məzənnəsi 1,12 USD/EUR səviyyəsindən 1,10 USD/EUR-a enib
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, buna səbəb ABŞ-da açıqlanan inflyasiya göstəriciləri olub.
Aprelda inflyasiyanın baza indeksı mart ayı ilə müqayisədə ehtimal edilən 0,2 faiz bəndi əvəzində 0,3 bənd artıb. Bu xəbər uzun zamandır tərəddüdlər içində olan ABŞ-ın Federal Ehtiyat Sisteminə (FES) ölkədə uçot dərəcəsini artırmaq üçün əlavə stimul verib. Açıqlanan məlumatdan sonra, investorlar FES-in uçot dərəcəsini artıq sentyabrda artıracağına əmin olmağa başlayıb.
Avro isə əksinə, Avropa İttifaqının Riqa sammitindən gələn xəbərlər fonunda zəifləyib. Belə ki, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın xarici kreditorlarla görüşlərində ölkədə avro ilə yanaşı yeni bir "paralel" pul vahidinin də dövriyyəyə buraxılması ehtimalından danışıb. Nazir buna misal olaraq avrodan istifadə edən, amma Avropa İttifaqının üzvü olmayan Monteneqronu göstərib.
"Report" agentliyinin analitik qrupu artıq bazar ertəsi, mayın 25-də Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,0490 AZN/USD-ə qədər artacağını, avronon isə 1,1570 AZN/EUR-a qədər ucuzlaşacağını ehtimal edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR