Nazirin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini olacaq
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 3 müavini olacaq. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əsasnaməsinə əsasən rabitə və yüksək texnologiyalar nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini olacaq.
Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin birinci müavinindən, nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yaradılıb. Rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR