Vətəninfo.az xəbər verir ki, bu gün Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib. AzərTAc-ın məlumatına görə, iclas zamanı A. Rasizadə dövlət büdcəsi layihəsinin prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunan nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.
Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirildiyi qeyd olunub.
Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra iclasın yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə başçısına təqdim edilməsi barədə qərar qəbul olunub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR